Yanğın Damperi YD
Ətraflı:
* YD-R: Kvadrat Kəsimli Yanğın Damperi
* YD-C: Dairəvi Kəsimli Yanğın Damperi
– YD-R və YD-C seriyası prizmavari və dairəvi yanğın damperləri havalandırma kanallarında, yanğının digər hissəyə keçməyinin qarşısını almaq üçün istifadə olunur.
– Yanğın damperləri üç əsas hissədən ibarətdir.
– Bu hissələr ardıcılıqla: TS EN 10346 sertifikatlı qalvanik listdən istehsal edilmiş gövdə və qanad, 72 ˚C istilikdə reaksiya verən qoruma mexanizmindən ibarətdir. Sürtünmə yastığının silindri bürünc, silindrin içində fırlanan mil isə qalvaniklı örtülmüş poladdandır.
– Bu da sistemin ömrünü uzatmaqla yanaşı, məhsulun deformasiyasının qarşısı alır.
– Gövdənin birləşmə nöqtələrində sızmanın qarşısını almaq üçün, yüksək tempratura dözümlü qırmızı silikonla izolyasiya edilib.
– İstəyə uyğun olaraq, qorumalı mexanizmdən əlavə servo mühərriklə müdaxilə imkanı verir.
– İstifadə ediləcək servo mühərrik 24V, 230V-dır.
– Servo mühərriklərdə istəyə uyğun olaraq termik element seçilə bilər.
– Servo mühərrikli yanğın damperlərini avtomadlaşdırma sisteminə qoşaraq nəzarət edilə bilər.
İstifadə sahələri:
– Alış-veriş Mərkəzləri
– Ofis və Obyektlər
– Qaraj və Avtomobil Parkı
– Xəstəxana və Gigiyenik sahələr
– Fabrik və İndustrial obyektlər